Bakı. 13 avqust. REPORT.AZ/ Doqquz nəfər Tayvanın şimalındakı şəhər xəstəxanalarının birində baş verən yanğın nəticəsində 9 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi informasiya agentliyi məlumat yayıb
Bildirilir ki, daha 10 nəfər xəstəxanaya yerləşdirib və hazırda onların vəziyyəti kritikdir.
Məlumatda o da deyilir ki, yanğın xəstəxananın yeddinci mərtəbəsində yaranıb. Hadisə yerinə gələn xilasedicilər 31 nəfəri evakuasiya ediblər.