Tayvanda metro partlayışları: azı 21 nəfər xəsarət alıb

Tayvanda metro partlayışları: azı 21 nəfər xəsarət alıb Naməlum şəxs partlayışdan əvvəl vaqonda çantanı qoyaraq çıxıb
Digər ölkələr
7 iyul 2016 18:35
Tayvanda metro partlayışları: azı 21 nəfər xəsarət alıb

Bakı. 7 iyul. REPORT.AZ/ Tayvanda metroda ard-arda üç partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, adanın Taybey şəhərindəki partlayışlarda azı 21 nəfər xəsarət alıb. Partlayışdan sonra qatarda yanğın baş verib.

Şahidlərin sözlərinə görə, naməlum şəxs partlayışdan əvvəl vaqonda çantanı qoyaraq çıxıb.

Orphus sistemi