Yuxarı

​Tayvanda güclü zəlzələ nəticəsində 4 nəfər ölüb

Xilasedicilər dağılmış 17 mərtəbəli binadan 120 adamı xilas edə biliblər

Bakı. 6 fevral. REPORT.AZ/ Tayvanın Taynan şəhərində baş vermiş güclü zəlzələ nəticəsində 4 nəfər ölüb, 25 nəfərdən çox yerli sakin xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Honkonqun "Feniks" telekanalı məlumat yayıb.

"Tayvan hökumətinin verdiyi məlumata əsasən, Taynan şəhərində daha çox dağıntıya məruz qalmış 17 mərtəbəli binada təqribən 250 nəfər ola bilər. Xilasedicilər artıq 120 nəfəri xalas ediblər. 29 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri uşaq olmaqla üçündə həyat əlaməti olmayıb. Hazırda 4 nəfərin öldüyünü təsdiq etmək olar", — deyə telekanal məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi