Tayvanda güclü zəlzələ 17 nəfərin ölümünə səbəb olub

Tayvanda güclü zəlzələ 17 nəfərin ölümünə səbəb olub Dağıntılar altından daha iki nəfərin meyiti tapılıb
Digər ölkələr
11 Fevral , 2018 10:16
Tayvanda güclü zəlzələ 17 nəfərin ölümünə səbəb olub

Bakı. 11 fevral. REPORT.AZ/ Tayvanda baş vermiş güclü zəlzələ ilə əlaqədar davam edən 100 saatlıq axtarışlardan sonra dağıntılar altından Çindən olan iki turistin meyiti tapılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə adanın yerli yanğın xidmətinə istinadən "Sinxua" məlumat yayıb.

Beləliklə, güclü zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Tayvanın Hualyan qəzasında baş vermiş 6,5 maqnituda gücündə zəlzələ nəticəsində ümumi zərərçəkmişlərin sayı 280 nəfəri ötüb.

Son xəbərlər

Orphus sistemi