Tayvan sahilində zəlzələ olub

Tayvan sahilində zəlzələ olub Tayvanın şərq sahilində 5,3 maqnitudalı zəlzələ olub
Digər ölkələr
30 May , 2024 07:59
Tayvan sahilində zəlzələ olub

Tayvanın şərq sahilində 5,3 maqnitudalı zəlzələ olub

“Report” xəbər verir ki, bu barədə adanın Mərkəzi Hava İdarəsi bildirib.

Qeyd olunub ki, yeraltı təkanların episentri ölkənin Hualyan qəzasından 22,8 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 17,9 km dərinlikdə olub.

Bundan başqa, adıçəkilən bölgədən 12,7 km şərqdə isə 5,1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Bildirilib ki, zəlzələnin ocağı 17,1 km dərinlikdə yerləşib.

Bölgədə tələfat və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, aprelində 27-də Çin Respublikası – Tayvanda 6,1 maqnitudalı zəlzələ baş vermişdi.

Son xəbərlər

Orphus sistemi