ABŞ-nin tətbiq etdiyi rüsumlar Birləşmiş Ştatlar və Tayvan arasındakı ticari-iqtisadi münasibətlərin real vəziyyətini əks etdirmir.
“Report”un Tayvan Beynəlxalq Radiosuna istinadən verdiyi məlumata görə, bunu Tayvanın ali inzibati orqanının rəsmi nümayəndəsi Li Hueyçji bildirib.
"Təklif olunan tarif dərəcəsi ABŞ və Tayvan arasındakı ticari-iqtisadi münasibətlərin real vəziyyətini əks etdirmir və bu, Tayvana qarşı ədalətsizlikdir", - o qeyd edib.
Rəsmi nümayəndənin sözlərinə görə, ali inzibati orqanının rəhbəri Çjo Juntay ticari-iqtisadi danışıqlar üzrə ofisə bu yüksək tarif dərəcəsinin Tayvana qarşı əsassız və ədalətsiz olduğu bütün aspektləri dərhal təhlil etməyi, həmçinin ABŞ-nin ticarət nümayəndəsinə sərt mövqe bildirməyi və izahat tələb etməyi tapşırıb.
Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı, Çin və Tayvandan idxal olunan mallara müvafiq olaraq 20 %, 34 % və 32 % rüsum tətbiq edildiyini açıqlayıb.