Taylandda uşaq aviaşousunda qırıcı təyyarə qəzaya uğrayıb

Taylandda uşaq aviaşousunda qırıcı təyyarə qəzaya uğrayıb Pilot ölüb, tamaşaçılardan xəsarət alan olmayıb
Digər ölkələr
14 Yanvar , 2017 11:17
Taylandda uşaq aviaşousunda qırıcı təyyarə qəzaya uğrayıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Tayland Hərbi Hava Qüvvələrinin "JAS 39 Gripen" qırıcı təyyarəsi Milli Uşaqlar Günü münasibətilə keçirilən aviaşou zamanı qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, pilot ölüb, tamaşaçılardan xəsarət alan olmayıb.

Hadisə yerli vaxtla saat 09:27-də ölkənin cənubundakı Sonqxla vilayətinin Hatyay şəhərində baş verib. Təyyarə yüksək pilotaj fiqurunu yerinə yetirən zaman yerli hava limanının eniş zolağına çırpılıb və partlayıb. Hava limanı bağlanıb, tamaşaçılar təxliyə edilib. 

Taylandın baş naziri Prayut Çan-Oça ölən pilotun ailəsinə başsağlığı verib. 

Son xəbərlər

Orphus sistemi