Yuxarı
    Bağlamaq

    Taylandda partlayış nəticəsində 4 nəfər ölüb

    ​Partlayış nəticəsində regionda təhlükəsizliyi təmin edən könüllülər dəstəsinin üzvləri xəsarət alıb

    Bakı. 13 noyabr. REPORT.AZ/ Taylandda partlayış nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb. "Report" " Reuters"ə istinadən xəbər verir ki, partlayış ölkənin cənubundakı Pattani əyalətində baş verib.

    Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış nəticəsində regionda təhlükəsizliyi təmin edən könüllülər dəstəsinə üzv olan yerli sakinlər xəsarət alıb. Partlayıcı maddə könüllülərin olduğu yol kənarındakı binaya yerləşdirilibmiş. Polis bu hücuma görə regionda fəaliyyət göstərən separatçıların məsuliyyət daşıdığını düşünür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi