Yuxarı

Taylandda havaların kəskin soyuqlaşması nəticəsində 5 nəfər ölüb

Havanın dəyişməsi Çin tərəfdən gələn antisiklonun təsiriylə bağlıdır

Bakı. 26 Yanvar. REPORT.AZ/ Taylandda havaların kəskin soyuqlaşması krallığın şimal və mərkəz əyalətlərində 5 nəfərin ölümünə səbəb olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Thai PBS" məlumat verib.

Məlumata görə, şaxtalı havanın qurbanlarının əksəriyyəti kimsəsiz qocalardır. Həkimlər ölümün donma nəticəsində şiddətlənən xroniki xəstəliklər nəticəsində baş verə biləcəyini qeyd edir.

Tayland subekvatorial zonada yerləşir. Onun sakinlərinin əksəriyyətinin evi aşağı temperatura hesablanmayıb.

Tayland Meteorologiya Departamentinin məlumatına görə, havanın dəyişməsi bazar günü krallığa Çin tərəfdən gələn antisiklonun təsiriylə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi