Taylandda ardıcıl partlayışlar törədilib, dörd nəfər ölüb

Taylandda ardıcıl partlayışlar törədilib, dörd nəfər ölüb Yaralılar arasında bir neçə xarici turist də var
Digər ölkələr
12 Avqust , 2016 09:21
Taylandda ardıcıl partlayışlar törədilib, dörd nəfər ölüb

Bakı. 12 avqust. REPORT.AZ/ Taylandın cənubunda yerləşən populayr kurort bölgəsində ardıcıl iki partlayış törədilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Polisin məlumatına görə, partlayıcı qurğular bir-birindən 50 metr aralıda olan gül ləklərinə yerləşdirilib və yarım saat ərzində mobil telefon vasitəsi ilə işə salınıb.

Yaralılar arasında bir neçə xarici turist də var.

Son xəbərlər

Orphus sistemi