Tatarıstanda təyyarə qəzasında ölənlərin rəsmi sayı açıqlanıb

Tatarıstanda təyyarə qəzasında ölənlərin rəsmi sayı açıqlanıb Tatarıstanda "L-410" təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
10 Oktyabr , 2021 12:35
Tatarıstanda təyyarə qəzasında ölənlərin rəsmi sayı açıqlanıb

Rusiya Fövqəladə Hallar Nazirliyi Tatarıstanda baş verən təyyarə qəzası ilə bağlı məlumat yayıb.

"Report" xəbər verir ki, sərt eniş zamanı 15 nəfər ölüb və 7 nəfər xəsarət alıb.

"Gəmidə ümumilikdə 20 paraşütçü və iki ekipaj üzvü olub", - rəsmi məlumatda deyilir.

Rusiyanın Səhiyyə Nazirliyi isə hadisə nəticəsində 16 nəfərin öldüyünü, daha 6 nəfərin yaralandığını açıqlayıb.

11:00

Tatarıstanda təyyarə qəzasında 19 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Ümumilikdə təyyarədə 23 nəfər olub. Onlardan 21-i paraşütçü, 2-si isə ekipaj üzvüdür.

10:49

Tatarıstanda "L-410" təyyarəsi qəzaya uğrayıb.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, təyyarədə 20 nəfər olub.

Hadisə Menzelinsk şəhərində qəzaya düşüb.

Son xəbərlər

Orphus sistemi