​Tariq Əzizin oğurlanmış meyiti tapılıb

​Tariq Əzizin oğurlanmış meyiti tapılıb Vəkil: "Naməlum şəxslərin əlində olan meyiti hakimiyyət geri qaytarıb"
Digər ölkələr
12 İyun , 2015 10:43
​Tariq Əzizin oğurlanmış meyiti tapılıb

Bakı. 12 iyun. REPORT.AZ/ İraqın keçmiş baş nazirinin müavini və xarici işlər naziri Tariq Əzizin oğurlanmış meyiti tapılıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

"Naməlum şəxslərin əlində olan meyiti hakimiyyət geri qaytarıb", - vəkil Badi Ərəf Ezzat bildirib .

Qeyd edək ki, Tariq Əzizin qızı Əzizə Zeynəb iyunun 11-də atasının meytinin Bağdadın beynəlxalq hava limanında itdiyini bəyan etmişdi. Keçmiş dövlət rəsmisinin cənazəsi dəfn edilmək üçün oradan İordaniyaya aparılırmış.

Xatırladaq ki, Səddam Hüseynin hakimiyyəti illərində İraqda önəmli dövlət adamlarından olmuş Tariq Əziz iyunun 5-də vəfat edib.

ABŞ və koalisya qüvvələri İraqa daxil olduqdan sonra Səddam Hüseyn rejimi devrildi.

2003-cü ildə Tariq Əziz könüllü olaraq, ABŞ-ın İraqdakı komandanlığına təslim olmuşdu. 2010-cu ildə məhkəmə onun barəsində ölüm hökmü çıxarmışdı. 

Son xəbərlər

Orphus sistemi