Tanzaniyada yanacaq daşıyan avtomobil partlayıb, 60-dək adam yanaraq ölüb

Tanzaniyada yanacaq daşıyan avtomobil partlayıb, 60-dək adam yanaraq ölüb Tanzaniyanın şərq bölgəsində yanacaq daşıyan tanker avtomobilinin partlaması və yanması nəticəsində 60-dək adam ölüb, 70 nəfər də ağır xəsarətlər alıb.
Digər ölkələr
10 Avqust , 2019 14:40
Tanzaniyada yanacaq daşıyan avtomobil partlayıb, 60-dək adam yanaraq ölüb

Tanzaniyanın şərq bölgəsində yanacaq daşıyan tanker avtomobilinin partlaması və yanması nəticəsində 60-dək adam ölüb, 70 nəfər də ağır xəsarətlər alıb.

“Report” “The Citizen”ə istinadən xəbər verir ki, hadisə Moroqoro şəhərində baş verib. Belə ki, qəza keçirərək aşan avtomobildən tökülən yanacağın alışması ilə partlayış baş verib. Dağılan yanacağı yığmaq üçün hadisə yerinə toplaşan bir qrup motosikl sürücüsü və səyyar yemək satıcılarından çoxu diri-diri yanıb.

Bəzi ifadələrə görə bu partlayış bir nəfərin siqarət çəkə-çəkə yanacaq götürmək üçün avtomobilin üstünə dırmaşmasından sonra baş verib..

Son xəbərlər

Orphus sistemi