Tanzaniyada avtobus aşıb: 4 ölü, 35 yaralı var

Tanzaniyada avtobus aşıb: 4 ölü, 35 yaralı var Hadisəyə əsas səbəb kimi avtobusun yüksək sürətlə hərəkət etməsi göstərilib
Digər ölkələr
20 İyun , 2016 19:02
Tanzaniyada avtobus aşıb: 4 ölü, 35 yaralı var

Bakı. 20 iyun. REPORT.AZ/ Tanzaniyada sərnişin avtobusu qəzaya uğrayıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda, Moroqoro şəhəri yaxınlığında baş verib. 

Avtobusun Gairo dairəsində, hotel yaxınlığında aşması nəticəsində ən azı 4 nəfər, o cümlədən 2 uşaq ölüb, 35 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara qaldırılıblar. 

Hadisəyə əsas səbəb kimi avtobusun yüksək sürətlə hərəkət etməsi göstərilib. 

Son xəbərlər

Orphus sistemi