Fransız araşdırmaçı rəsmi Parisin ermənipərəst mövqe tutmasının səbəbini açıqlayıb

Fransız araşdırmaçı rəsmi Parisin ermənipərəst mövqe tutmasının səbəbini açıqlayıb "Fransızlara beynəlxalq hüququn pozulduğunu anlatdıqda Azərbaycanı başa düşməyə, ermənipərəst fikirlərindən əl çəkməyə başlayırlar"
Digər ölkələr
13 Fevral , 2021 06:55
Fransız araşdırmaçı rəsmi Parisin ermənipərəst mövqe tutmasının səbəbini açıqlayıb

"Fransızlara beynəlxalq hüququn pozulduğunu anlatdıqda Azərbaycanı başa düşməyə, ermənipərəst fikirlərindən əl çəkməyə başlayırlar".

Bunu "Report"un yerli bürosuna açıqlamasında Fransa mətbuatında azərbaycanlı qaçqınlar və Qarabağ münaqişəsi mövzusunda çoxsaylı məqalələrin müəllifi, fransalı tədqiqatçı, Belçikanın Brüksel Azad Universitetinin professoru Sebastian Bussua bildirib.

Sebastian Bussua tədiqatlarlnda Qarabağ münaqişəsinə yer verməsini bu məsələdə əsas rolun beynəlxalq hüququn pozulması olduğunu bildirib: "Qarabağ münaqişəsini yaxından öyrənməyim əsasən hər zaman beynəxalq hüququ müdafiə etmək istəyimlə bağlı olub. BMT-nin qətnamələrinə əsasən Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bununla belə, Azərbaycan ərazisini 30 ilə yaxın müddətdə işğal altında qalıb. Münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu bu dövrdə münaqişəni həll etməkdə acız qalıb. Beləliklə, Qarabağ münaqişəsi beynəlxalq hüququn köbud surətdə pozulması nəticəsində baş verən münaqişələrə bariz nümunədir".

Professor Fransada ermənilərin media sahəsindəki üstünlükləri sahəsində informasiya balansının azərbaycanlıların zərərinə pozulması nəticəsində Qarabağ münaqişəsi haqqında qeyri-dürüst informasiyaların yayıldığını bildirib: "Tədqiqatlarımda hər zaman Şərqlə Qərbin bölünməsini əks etdirən münaqişələrə üstünlük vermişəm. Beynəlxalq ictimaiyyətin davamlı həllinə nail olmadığı münaqişələri yaxından öyrənməyə çalışmışam. Qaçqınlar, terrorçuluq mövzuları üzərində işləmişəm. Çünki bütün bunlar Şərqlə Qərbin bölünməsini nümayiş etdirən mövzulardır.

Mən Qarabağ münaqişəsi ilə 2016-cı ildə Azərbaycana üçüncü səfərim zamanı ilk dəfə cəbhə xəttinə getdiyim zaman yaxından tanış olmuşam. Qarabağ münaqişəsi Fransada çox həssas mövzudur. Buna ermənilərin media sahəsindəki üstünlükləri sahəsində informasiya balansının azərbaycanlıların zərərinə pozulması səbəb olur. Fransada 600 min erməni və cəmi 4 min azərbaycanlı yaşayır. Erməni lobbiçiliyi səbəbindən bu münaqişə fransız mətbuatında xristian-müsəlman münaqişəsi kimi qələbə verilib ki, bu da onu Şərqlə Qərbin bölünməsi nəticəsində baş verən münsqişələr kateqoriyasına daxil edib".

Sebastian Bussua bildirib ki, fransızların ermənipərəst mövqe tutmalarının səbəbi onların Azərbaycanı tanımamalarından irəli gəlir: "Fransada Qafqazı tanımayanlar çoxdur. Fransızların mənfi münasibətləri Azərbaycanı tanımazlıqlarından irəli gəlir. Burda yaşayan 4 min azərbaycanlı üçün mətbuata yol tapmaq asan deyil. Fransada ermənilərin isə son dərəcə güclü media lobbiçilikləri var. Ermənilər fransızlara Azərbaycanı guya islamçı və zorakı ölkə kimi tanıtdırmağa cəhd edirlər. Fransa mətbuatında Azərbaycan və Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri əks etdirən məqalələrimlə insanlarla ünsiyyətə girirəm. Onlar beynəxlaq hüququn pozulduğunu başa düşdükdən sonra Azərbaycanı anlamağa başlayırlar və ermənipərəst fikirlərindən əl çəkirlər. Azərbaycanın dünyəvi müsəlman ölkəsi olduğunu fransızlara başa saldıqda onların fikirləri tamamilə dəyişir".

Professor bildirib ki, bir çox mətbuat orqanı Azərbaycana dair elmi araşdırmalar əsasında yazdığı məqalələrini dərc etməkdən imtina edib: "Dəfələrlə çoxlu sayda mətbuat orqanı Azərbaycan haqqında məqalələrimi dərc etməkdən imtina edib. Çünki, erməni lobbisinin Fransadakı kommunikasiya manevrləri son dərəcə kəskindir".

Sebastian Bussua
Sebastian Bussua

Son xəbərlər

Orphus sistemi