Taliblər Əfqanıstanın şimal-qərbində hökumət qüvvələrinə hücum ediblər

Taliblər Əfqanıstanın şimal-qərbində hökumət qüvvələrinə hücum ediblər Gecə döyüşlərində əfqan təhlükəsizlik qüvvələrinin beş üzvü həlak olub
Digər ölkələr
3 May , 2021 16:59
Taliblər Əfqanıstanın şimal-qərbində hökumət qüvvələrinə hücum ediblər

“Taliban” radikal hərəkatının silahlıları Əfqanıstanın şimal-qərbi Herat vilayətində hökumət qüvvələrinin mövqelərinə hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Ariana News” telekanalı yayıb.

Rəsmilərin verdiyi məlumata görə, radikallar dünən gecə saatlarında Farsi bölgəsində hücuma başlayıblar. Silahlı qarşıdurmalar bazar ertəsi səhərə qədər davam edib.

Taliblər polis idarəsi də daxil olmaqla hökumət binalarına bomba yüklü iki avtomobillə hücum ediblər.

Vilayətin qubernatoru Vahid Katali Farsi bölgəsindəki qarşıdurmalar nəticəsində 9 “Taliban” silahlısının öldürüldüyünü və təxminən 20 ekstremistin yaralandığını deyib.

Qubernatorun sözlərinə görə, gecə döyüşlərində əfqan təhlükəsizlik qüvvələrinin beş üzvü də həlak olub.

Son xəbərlər

Orphus sistemi