Taliblər Əfqanıstanın Qəzni şəhərinə hücuma keçiblər

Taliblər Əfqanıstanın Qəzni şəhərinə hücuma keçiblər Hazırda hökumət qüvvələri ilə terrorçular arasında şiddətli döyüşlər gedir
Digər ölkələr
10 Avqust , 2018 08:44
Taliblər Əfqanıstanın Qəzni şəhərinə hücuma keçiblər

Bakı. 10 avqust. REPORT.AZ/ "Taliban" terror təşkilatının yaraqlıları Əfqanıstanın mərkəzi hissəsində yerləşən Qəzni şəhərinə hücuma keçiblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bölgədəki mənbələrə istinadən "TOLO News" telekanalı məlumat yayıb.

Taliblərin bəyanatında bildirilir ki, onların dəstələri bir neçə istiqamətdə şəhərə – eyniadlı əyalətin inzibati mərkəzinə daxil olmağa çalışırlar.

Mənbələrin məlumatına görə, Kabil-Qəzni avtomobil yolu hökumət qüvvələri ilə terrorçular arasında gedən şiddətli döyüşlər səbəbindən bağlanıb.

"Əgər bizə əlavə qüvvə göndərilməsə, taliblər Qəznini ələ keçirəcəklər", - deyə əyalət şurasının sədri Həmdulla Navrozi telekanala bildirib.

Son xəbərlər

Orphus sistemi