"Talibançı"lar Əfqanıstanda onuncu rayonu ələ keçirdilər

"Talibançı"lar Əfqanıstanda onuncu rayonu ələ keçirdilər "Taliban" hərəkatının silahlıları Əfqanıstanın qərbindəki Badqis əyalətinin Cavand rayonu üzərində nəzarəti ələ keçiriblər.
Digər ölkələr
10 İyun , 2021 04:48
Talibançılar Əfqanıstanda onuncu rayonu ələ keçirdilər

"Taliban" hərəkatının silahlıları Əfqanıstanın qərbindəki Badqis əyalətinin Cavand rayonu üzərində nəzarəti ələ keçiriblər.

Bu barədə "Report" "Anadolu"ya istinadən xəbər verir.

Badqis əyalətinin qubernatoru Üsaməddin Şems jurnalistlərə bildirib ki, döyüşçülər Cavand rayonuna hücüm ediblər.

Onun sözlərinə görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri rayonu tərk etmək məcburiyyətində qalıblar və Cavand "taliblər"in nəzarəti altına keçib.

"Əfqanıstanın təhlükəsizlik qüvvələri mülki əhali arasında qurbanların qarşısını almaq üçün belə taktikadan istifadə etdi. Yaxın vaxtlarda rayonun geri qaytarılması üzrə əməliyyat başlanacaq", - Şems deyib.

Öz növbəsində "Taliban" hərəkatı da Cavandın bütün ərazisi üzərində nəzarətin ələ keçirilməsi barədə bildirib.

Qeyd edək ki, daha əvvəl – iyunun 7-də “talibançı”lar Qor və Uruzqan əyalətlərində də iki rayonu tutublar.

"Taliban"çılar xarici kontingentin ölkədən çıxarılması fonunda öz hücumlarını aktivləşdiriblər. Mayın əvvəllərindən ölkənin 10 rayonu hərəkatın silahlılarının nəzarəti altına keçib.

Son xəbərlər

Orphus sistemi