"Taliban" yaraqlıları İmam-Sahib şəhərinə hücum edib, 30-dan çox adam ölüb

"Taliban" yaraqlıları İmam-Sahib şəhərinə hücum edib, 30-dan çox adam ölüb Bakı. 25 iyun. REPORT.AZ/ Taliban yaraqlılarının Əfqanıstan-Tacikistan sərhədi yaxınlığında yerləşən İmam-Sahib şəhərinə hücumu zamanı 30-dan çox adam ölüb.
Digər ölkələr
25 İyun , 2018 15:22
Taliban yaraqlıları İmam-Sahib şəhərinə hücum edib, 30-dan çox adam ölüb
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ "Taliban" yaraqlılarının Əfqanıstan-Tacikistan sərhədi yaxınlığında yerləşən İmam-Sahib şəhərinə hücumu zamanı 30-dan çox adam ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, "Taliban" ekstremist hərəkatının yaraqlıları rayon mərkəzini ələ keçirməyə çalışırlar.

"Dünən gecə talibançılar İmam-Sahib şəhəri mərkəzindəki İmamuddin yol ayırıcında yerləşən hökumət postlarına hücum edərək 10 hərbçini öldürüb. Cavab atəşi ilə qruplaşmanın 21 üzvü öldürülüb, daha 12 ekstremist yaralanıb", - deyə Künduz vilayətinin polis idarəsinin rəisi Abdulbaki Nuristani jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Taliban" ekstremistləri qonşu Taxar vilayətindən də əlavə güclər cəlb etməklə Tacikistanla sərhəddəki bu əhəmiyyətli yaşayış məntəqəsini ələ keçirmək cəhdlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi