“Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub
Digər ölkələr
- 03 yanvar, 2022
- 18:17
Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e subh” qəzeti yazıb.
Qəzet iddia edib ki, münaqişə türkmən sərhədçilərin təqsiri üzündən baş verib.
“Üç gün əvvəl Türkmənistanın sərhəd xidmətinin əməkdaşları bir mülki şəxsi öldürüb, digərini isə döyüb. “Taliban” silahlıları insidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq atəş açıblar”, - Cuzdan əyalətinin informasiya və mədəniyyət şöbəsinin rəhbəri Hilal Balxi bildirib.
Qeyd edilir ki, atışma bu gün - yanvarın 3-də Hamab əyalətində baş verib. Silahlı qarşıdurmada ölənlərin olub-olmadığı hələ məlum deyil.
Son xəbərlər
15:05
Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib
Daxili siyasət15:02
Mürsəl İbrahimov Xaçmazda vətəndaşları qəbul edib
Daxili siyasət14:58
Azərbaycan İspaniyadan şirin kartof tədarük etməyə başlayıb
Biznes14:58
Foto
Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
Xarici siyasət14:51
Horovlu sakini: Övladlarımız bu torpaqları yenidən canlandıracaq
Daxili siyasət14:49
Özbəkistanın "Üstyurt" regionunda kəşfiyyat-axtarış layihəsinə başlanılıb - YENİLƏNİB
Energetika14:48
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclis14:46
Azərbaycan çempionatlarında noyabrın ən yaxşı qollarının müəllifləri müəyyənləşib
Futbol14:42