“Taliban” silahlıları Əfqanıstanın artıq altıncı əyalətinin paytaxtını tutub

“Taliban” silahlıları Əfqanıstanın artıq altıncı əyalətinin paytaxtını tutub "Taliban" hərəkatı Əfqanıstanın şimalında Samanqan əyalətinin paytaxtına - Aybak şəhərinə nəzarət altına alıb.
Digər ölkələr
9 Avqust , 2021 22:49
“Taliban” silahlıları Əfqanıstanın artıq altıncı əyalətinin paytaxtını tutub
0 : 00
0 : 00

"Taliban" hərəkatının silahlıları Əfqanıstanın şimalındakı Samanqan əyalətinin paytaxtını - Aybak şəhərini nəzarət altına alıb.

“Report” xəbər verir ki, bu barədə əyalətin qubernator müavininə istinadən Qərb mediası bildirib.

KİV-in məlumatına görə, bu, Əfqanıstanda “taliblər” tərəfindən tutulan altıncı əyalət paytaxtıdır. “Taliban” silahlıları Aybaka yerli ağsaqqallar hakimiyyətinin şəhəri döyüşlərdən xilas etmək barədə çağırışından sonra giriblər. Qubernator bununla razılaşıb və bütün qoşunları şəhərdən çıxarıb.

Qeyd edilir ki, indi “taliblər” tamamilə Aybaka nəzarət edirlər.

"Taliban" hərəkatının rəhbərliyi Aybakın ələ keçirilməsini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi