"Taliban" zərər çəkmiş əfqanlara görə Qərbdən təzminat tələb edir

"Taliban" zərər çəkmiş əfqanlara görə Qərbdən təzminat tələb edir "Taliban" radikal hərəkatının formalaşdırdığı Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihulla Mücahid Qərb ölkələrindən əfqanlara təzminat ödənilməsini tələb edib.
Digər ölkələr
10 Yanvar , 2025 13:34
Taliban zərər çəkmiş əfqanlara görə Qərbdən təzminat tələb edir

"Taliban" hərəkatının formalaşdırdığı Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihulla Mücahid Qərb ölkələrindən əfqanlara təzminat ödənilməsini tələb edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “ToloNews” telekanalı məlumat yayıb.

Mücahidin sözlərinə görə, Qərb ölkələri ölkənin hərbi işğalı zamanı vəhşilik və cinayətlərlə üzləşən əfqanlara kompensasiya ödəməlidir. O vurğulayıb ki, “Taliban” hökumətinin müvafiq orqanları Əfqanıstanın bütün zərərçəkmiş sakinlərinin hüquqlarının qorunmasına nail olacaq.

Böyük Britaniya hərbçilərinin törətdikləri cinayətlərin araşdırılmasına münasibət bildirən hökumət nümayəndəsi ölkələrin hərbi cinayətləri qəsdən törətdiklərini deyib.

Böyük Britaniya hərbçilərinin 2010-2013-cü illərdə Əfqanıstanda törətdiyi ehtimal olunan hərbi cinayətlərin araşdırılmasına 2023-cü ildə BBC yayım korporasiyasının onlarla insana divan tutulması barədə məlumat verməsindən sonra başlanılıb. İstintaq Birləşmiş Krallığın hərbi-siyasi rəhbərliyinin 10 ildən artıq müddətdə Əfqanıstanda məhkəmədənkənar edamları gizlədib-gizlətmədiyini müəyyən etməlidir.

Son xəbərlər

Orphus sistemi