“Taliban” Pəncşirdəki müqavimət qüvvələrinə çağırış edib

“Taliban” Pəncşirdəki müqavimət qüvvələrinə çağırış edib Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətindəki müqavimət qüvvələrinə çağırış ünvanlayıb.
Digər ölkələr
1 Sentyabr , 2021 16:43
“Taliban” Pəncşirdəki müqavimət qüvvələrinə çağırış edib
0 : 00
0 : 00

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətindəki müqavimət qüvvələrinə çağırış ünvanlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, çağırışda bu qüvvələrin “Taliban”a birləşməsi təklif olunub.

“Toqquşmalardan qaçmaq üçün müqavimət qüvvələrini hərəkata qoşulmağa çağırırıq”, - bildirilib.

“Taliban” həmçinin Pəncşirə qubernator təyin edib.

Qeyd edək ki, Pəncşirdəki qüvvələrə Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh başçılıq edir.

Son xəbərlər

Orphus sistemi