"Taliban" nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb

"Taliban" nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb “Taliban” qruplaşması Abdullah Qəni Bəradərin başçılıq etdiyi 9 nəfərlik nümayəndə heyətinin Pekində Çin rəsmiləri ilə görüşdüyünü bildirib.
Digər ölkələr
28 İyul , 2021 16:18
Taliban nümayəndələri Pekində Çin rəsmiləri ilə görüşüb

“Taliban” qruplaşması Abdullah Qəni Bəradərin başçılıq etdiyi 9 nəfərlik nümayəndə heyətinin Pekində Çin rəsmiləri ilə görüşdüyünü bildirib.

“Report” xəbər verir ki, məlumatı “Azattyk” radiostansiyası yayıb.

“Görüşdə siyasət, iqtisadiyyat, iki dövlətin təhlükəsizliyi məsələləri, eləcə də Əfqanıstandakı mövcud vəziyyət və dinc proses müzakirə edilib”,- iyulun 28-də “Taliban”ın rəsmi nümayəndəsi Məhəmməd Naim tviter səhifəsində yazıb.

Nümayəndə heyətinin ikigünlük səfəri qruplaşmanın Əfqanıstanla Çin sərhədindəki ərazilərə hücumu fonunda reallaşıb.

Onun sözlərinə görə, “Taliban” Əfqanıstanın ərazisindən başqa dövlətə qarşı istifadə edilməsinə imkan verməyəcəklərinə Çin rəsmilərini əmin edib.

Çinin xarici işlər naziri Van İ isə bildirib ki, rəsmi Pekin Əfqanıstanın ərazi bütövlüyünə hörmətlə yanaşır.

Son xəbərlər

Orphus sistemi