“Taliban” insanlara təzyiq göstərilməsi barədə məlumatları təkzib edib

“Taliban” insanlara təzyiq göstərilməsi barədə məlumatları təkzib edib Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması insanlara təzyiq və zorakılıq edilməsi barədə deyilənləri təkzib edib.
Digər ölkələr
23 Avqust , 2021 12:42
“Taliban” insanlara təzyiq göstərilməsi barədə məlumatları təkzib edib
0 : 00
0 : 00

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması insanlara təzyiq və zorakılıq edilməsi barədə deyilənləri təkzib edib.

“Report” xəbər verir ki, bu barədə “Sky News”a müsahibə verən “Taliban” nümayəndəsi Soheyl Şahin danışıb.

S.Şahin yayılmış videogörüntü və xəbərləri “feyk” adlandırıb.

“Bütün bunlar feyk xəbərlərdir. Mən sizi əmin edə bilərəm ki, bu barədə düşmənlərimiz tərəfindən təsdiqlənən yayılmış bütün məlumatların heç bir əsası yoxdur. Bunlar reallıqdan uzaqdır”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi