“Taliban”ın xüsusi təyinatlıları Kabil aeroportuna daxil olub

“Taliban”ın xüsusi təyinatlıları Kabil aeroportuna daxil olub “Taliban” radikal hərəkatının xüsusi təyinatlı dəstəsinin döyüşçüləri "Taliban" Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq aeroportunun ərazisinə girib.
Digər ölkələr
27 Avqust , 2021 23:31
“Taliban”ın xüsusi təyinatlıları Kabil aeroportuna daxil olub

“Taliban” radikal hərəkatının xüsusi təyinatlı dəstəsinin döyüşçüləri Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq aeroportunun ərazisinə girib.

“Report” xəbər verir ki, bu barədə “Herat Times” nəşri bildirib.

Nəşrin məlumatına görə, Əfqanıstan paytaxtı aeroportunun çox hissəsində təhlükəsizliyin təmin olunması üzrə səlahiyyətlər “taliblər”ə verilib. Hazırda hərəkatın silahlıları hava limanında təhlükəsizlik tədbirlərini həyata keçirirlər.

Qeyd edək ki, Kabildə partlayışlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb. Onların arasında Əfqanıstan vətəndaşları ilə yanaşı, ABŞ-ın 13 vətəndaşı, həmçinin 2 britaniyalı da var.

Son xəbərlər

Orphus sistemi