​"Taliban"ın komandiri hərəkat liderinin öldürüldüyünü təsdiq edib

​"Taliban"ın komandiri hərəkat liderinin öldürüldüyünü təsdiq edib Molla Əxtar Mənsur ABŞ-ın bombardımanı nəticəsində ölüb
Digər ölkələr
22 May , 2016 11:12
​Talibanın komandiri hərəkat liderinin öldürüldüyünü təsdiq edib

Bakı. 22 may. REPORT.AZ/ "Taliban" terror təşkilatının komandiri molla Əbdül Rauf ABŞ-ın aviazərbələri nəticəsində qruplaşma lideri molla Əxtar Mənsurun məhv edildiyini təsdiqləyib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, ounun sözlərinə görə, Birləşmiş Ştatlar cümə günündən şənbəyə keçən gecə Əfqanıstan və Pakistan arasındakı sərhəd zonasına havadan zərbə endirib.

Məlumata görə, bombardımanda Amerikanın bir neçə pilotsuz təyyarəsi iştirak edib. Onların hədəfi terrorçuların avtomobili olub.

Əfqanıstanın baş naziri Abdulla Abdulla "Taliban" liderinin çox güman ki, öldürüldüyünü təsdiq edib.

Pentaqon nümayəndəsi Piter Kuk bəyan edib ki, əməliyyatın nəticələri qiymətləndirilir və əlavə detallar barədə sonra məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi