Yuxarı

"Taliban" ​Əfqanıstanın Kunduz şəhərini ələ keçirib

Terrorçular şəhərin mərkəzi meydanında öz bayraqlarını sancıblar

Bakı. 28 sentyabr. REPORT.AZ/ Terrorçu "Taliban" hərəkatının silahlıları Əfqanıstanın Kunduz şəhərinin mərkəzi meydanında öz bayraqlarını sancıblar.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, onlar Kunduz şəhərində ələ keçirdikləri dövlət qurumlarının bir neçəsinin binasına nəzarət edirlər.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saatlarında "Taliban" üzvləri Kunduza nəzarəti ələ keçirmək məqsədilə şəhərə hücum ediblər. Terrorçular yerli xəstəxananı da ələ keçiriblər. Orada 200-ə yaxın pasiyentin olduğu bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi