"Taliban" xarici ölkədə ilk diplomatik nümayəndəsini təyin edib

"Taliban" xarici ölkədə ilk diplomatik nümayəndəsini təyin edib "Taliban" Paskistanın Əfqanıstandakı səfirliyinə və İslamabaddakı Baş konsulluğuna rəhbərlik edəcək 4 nümayəndəsini təyin edib.
Digər ölkələr
31 Oktyabr , 2021 01:20
Taliban xarici ölkədə ilk diplomatik nümayəndəsini təyin edib

"Taliban" Paskistanın Əfqanıstandakı səfirliyinə və İslamabaddakı Baş konsulluğuna rəhbərlik edəcək 4 nümayəndəsini təyin edib.

"Report" xəbər verir ki, bu barədə "The Khaama Press" məlumat yayıb.

Məlumata görə, Molla Məhəmməd Şakib Əfqanıstanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili təyin edilib.

Molla Hafiz Muhibullah, Molla Məhəmməd Abbas və Molla Məhəmməd Rəsul isə Pişəvər, Kəraçi və Kvettada baş konsul vəzifələrində çalışacaqlar.

Qeyd edək ki, bu ilin iyulunda Əfqanıstan Pakistandakı səfir Nəcibullah Əlixili geri çağırıb.

Keçmiş Əfqanıstan hökumətinin nümayəndələri ölkənin dünya üzrə digər diplomatik nümayəndəliklərində qalırlar. "The Khaama Pres"in məlumatına görə, "Taliban" tezliklə Əfqanıstanın Qətər və Səudiyyə Ərəbistanındakı diplomatik missiyalarına yeni rəhbərlər təyin edə bilər.

Son xəbərlər

Orphus sistemi