"Taliban" Əfqanıstanda iki nazirliyi ləğv edib

"Taliban" Əfqanıstanda iki nazirliyi ləğv edib "Taliban" Əfqanıstanın müvəqqəti hökumətinə tabe olan iki nazirliyi ləğv edib.
Digər ölkələr
26 Dekabr , 2021 13:57
Taliban Əfqanıstanda iki nazirliyi ləğv edib

"Taliban" Əfqanıstanın müvəqqəti hökumətinə tabe olan iki nazirliyi ləğv edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə müvəqqəti hökumətin sözçüsünün müavini Bilal Kərimi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, söhbət sülh və parlament işləri üzrə nazirliklərdən gedir.

Həmçinin əvvəlki hökumət dövründə fəaliyyət göstərən Müstəqil Seçki Komissiyası və Seçki Apellyasiya Komissiyasının buraxılması qərara alınıb.

"Ehtiyac yaranarsa, komissiyaların işi bərpa olunacaq”, - Kərimi bildirib.

Son xəbərlər

Orphus sistemi