"Taliban" Əfqanıstan şəhərlərinin sürətlə ələ keçirilməsinin səbəbini izah edib

"Taliban" Əfqanıstan şəhərlərinin sürətlə ələ keçirilməsinin səbəbini izah edib Əfqanıstanın bir sıra böyük şəhərlərinin qısa zamanda "Taliban"ın nəzarəti altına keçməsi xalqın hərəkata dəstəyini sübut edir.
Digər ölkələr
13 Avqust , 2021 04:33
Taliban Əfqanıstan şəhərlərinin sürətlə ələ keçirilməsinin səbəbini izah edib

Əfqanıstanın bir sıra böyük şəhərlərinin qısa zamanda "Taliban"ın nəzarəti altına keçməsi xalqın hərəkata dəstəyini sübut edir.

“Report” xəbər verir ki, bu barədə qruplaşmanın siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim "Al Jazeera" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Əfqanıstanın əyalətləri könüllü olaraq “taliblər”in hakimiyyətini qəbul edirlər, onlar tərəfindən heç bir müqavimət, güc tətbiq olunmur.

"Əfqanıstan xalqı bizimlə olmaq istəyir və bizi alqışlayır, ölkənin böyük şəhərlərinin sürətli süqutu buna sübutdur", - Naim deyib.

O, qeyd edib ki, hərəkat hakimiyyətə gəldikdən sonra bütün ölkələrlə balanslaşdırılmış münasibətlər qurmaq niyyətindədir. "Taliban"ın qonşu ölkələrlə problemi yoxdur.

"Biz siyasi yol üçün qapını bağlamayacağıq. Doha görüşündə özümüzün siyasi baxışımızı təqdim etdik", - hərəkatın nümayəndəsi əlavə edib.

Son xəbərlər

Orphus sistemi