"Taliban" Əfqanıstan-Pakistan sərhədindəki rayonda yüzdən çox dinc sakinin qətlə yetirib

"Taliban" Əfqanıstan-Pakistan sərhədindəki rayonda yüzdən çox dinc sakinin qətlə yetirib Əfqanıstanın Qəndəhar əyalətinin Spin-Boldak rayonunu “Taliban” qruplaşmasının nəzarəti altına keçəndən sonra yüzdən çox dinc sakin öldürülüb.
Digər ölkələr
23 İyul , 2021 10:37
Taliban Əfqanıstan-Pakistan sərhədindəki rayonda yüzdən çox dinc sakinin qətlə yetirib

Əfqanıstanın Qəndəhar əyalətinin Spin-Boldak rayonu “Taliban” qruplaşmasının nəzarəti altına keçəndən sonra 100-dən çox dinc sakin öldürülüb.

“Report” “Tolo News” telekanalına istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Mirvais Stanekzay bildirib.

“Terrorçular öz başçılarının əmri ilə Spin-Boldak rayonunda günahsız sakinlərin evlərinə hücum, qarət edib, yüzlərə dinc insanə qətlə yetiriblər”, - M.Stanekzay vurğulayıb.

Məlumata görə, Pakistanla sərhəddə yerləşən Spin-Boldak rayonu “Taliban” qruplaşması tərəfindən ələ keçirlmişdi. Bir müddət sonra Əfqanıstanda ordusu rayonu azad edib.

Son xəbərlər

Orphus sistemi