Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması bir sıra dövlət qurumuna səlahiyyətləri icra edən kadrlar təyin edib.
“Report” TASS-a istinadən xəbər verir ki, artıq bəzi nazirliklər, dövlət idarələri və xidmətlərinə təyinatlar gerçəkləşdirilib.
Məlumata görə, daxili işlər naziri, maliyyə naziri, kəşfiyyat xidmətinin rəisi vəzifələrində səlahiyyətləri icra edən kadrlar fəaliyyətə başlayıblar.