"Taliban" bütün ölkə ərazisində maaşları buğda ilə ödəyəcək

"Taliban" bütün ölkə ərazisində maaşları buğda ilə ödəyəcək Əfqanıstandakı “Taliban” hökuməti “buğda ilə maaş ödəmək” proqramının miqyasının genişlənəcəyini deyib.
Digər ölkələr
12 Yanvar , 2022 13:01
Taliban bütün ölkə ərazisində maaşları buğda ilə ödəyəcək

Əfqanıstandakı “Taliban” hökuməti “buğda ilə maaş ödəmək” proqramının miqyasının genişlənəcəyini deyib.

“Report” “İndyturk.com”a istinadən xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.

Əfqanıstanın idarəetmə və maliyyə nazirinin müavini Fazil Bari Fazlı buna maliyyə çətinliklərinin səbəb olduğunu deyib.

O, buğdanın Pakistan və Hindistandan gətirildiyini bildirib.

Qeyd edək ki, maaaşların buğda ilə ödənməsi ilk dəfə oktyabr ayında tətbiq edilmişdi. O zaman Kabildə işləyənlərin hər birinə gündəlik 10 kilo, mühəndislərə isə 16,5 kilo buğda verilirdi.

Son xəbərlər

Orphus sistemi