​Tailandda yol qəzası nəticəsində 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb

​Tailandda yol qəzası nəticəsində 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb Yüksək sürətlə hərəkət edən avtobus yoldan çıxaraq aşıb
Digər ölkələr
23 May , 2016 08:43
​Tailandda yol qəzası nəticəsində 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb

Bakı. 23 may. REPORT.AZ/ Tailandda baş vermiş yol qəzası nəticəsində 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb. 

"Report"un məlumatına görə, bu haqda ölkənin Üçüncü Milli Telekanalı xəbər verib.

Məlumata görə, hadisə Banqkokdan 180 kilometr cənubda yerləşən Pxetçaburi əyalətində baş verib. 

Polisin verdiyi məlumata görə, paytaxtdan Çumpxon əyaləti istiqamətində yüksək sürətlə hərəkət edən şəhərlərarası avtobus yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb. Nəticədə sürücü də daxil olmaqla 6 nəfər hadisə yerində ölüb. Bir nəfər isə xəstəxanada dünyasını dəyişib. 

Hadisə zamanı daha 25 nəfər müxtəlif dərəcəli xəsarət alıblar. 

Son xəbərlər

Orphus sistemi