Tailandda iyunun 15-dən komendant saatı ləğv olunacaq

Tailandda iyunun 15-dən komendant saatı ləğv olunacaq Tailand hökuməti iyunun 15-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan komendant saatı və bir çox digər məhdudlaşdırıcı tədbirləri ləğv edəcək.
Digər ölkələr
12 İyun , 2020 11:32
Tailandda iyunun 15-dən komendant saatı ləğv olunacaq

Tailand hökuməti iyunun 15-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan komendant saatı və bir çox digər məhdudlaşdırıcı tədbirləri ləğv edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hökümət Evində keçirdiyi brifinqində Koronavirus infeksiyasına qarşı Dövlət Mərkəzinin mətbuat katibi Thavisin Visanuyotxin məlumat verib.

Onun sözlərinə görə, bazar ertəsindən bütün özəl məktəblər, qurumlara bağlı təhsil müəssisələri və peşə məktəbləri, habelə 100-dən çox şagirdi olmayan orta təhsil məktəbləri də açılacaq. Eyni zamanda, ayın 15-dən etibarən nazirliklər, idarələr və dövlət müəssisələri yenidən əməkdaşlarının təsnifatını yüksəltmək üçün seminar və digər növ qısamüddətli tədbirlər təşkil edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi