Tailandda etirazlar zamanı azı 30 nəfər xəsarət alıb, onlarla saxlanılan var

Tailandda etirazlar zamanı azı 30 nəfər xəsarət alıb, onlarla saxlanılan var Taislandda polislə nümayişçilər arasında baş verən toqquşmaların gedişatında onlarla insan xəsarət alıb
Digər ölkələr
21 Mart , 2021 18:56
Tailandda etirazlar zamanı azı 30 nəfər xəsarət alıb, onlarla saxlanılan var

Tailandda polislə nümayişçilər arasında baş verən toqquşmaların gedişatında onlarla insan xəsarət alıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli KİV bildirib.

Etiraz aksiyası ölkənin Baş naziri Prayut Çan-Oçi başda olmaqla hökumətin istefası və konstitusiya islahatlarının aparılması tələbi ilə Bankokda Kral sarayı qarşısında keçirilib.

Polis rezin güllələr və gözyaşardıcı qaz tətbiq edərək etirazçıları qovmağa çalışıb. Nəticədə toqquşmalar baş verib. Bu zaman azı 30 nəfər xəsarət alıb. Onlar arasında polis əməkdaşları da var.

Qeyd edilir ki, nümayişçilərin bir çoxu gözyaşardıcı qazın təsirindən yaxınlıqdakı mağazalara sığınıblar.

Bankokun polis rəisi Piya Taviçay jurnalistlərə bildirib ki, polisin bu hərəkətlərinə nümayişçilərin zorakılığı səbəb olub. Onun sözlərinə görə, 20 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi