Tailandda daşqınlar nəticəsində ölənlərin sayı 12-yə çatıb
- 30 dekabr, 2023
- 03:09
Tailandın cənubunda son 50 ilin ən güclü daşqınları nəticəsində ölənlərin sayı 12-yə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.
Məlumata görə, Krallığın səhiyyə naziri Çonnan Sikeu Narathivat, Yala və Pattani əyalətlərində ölüm halları ilə bağlı hesabat alıb. Səhiyyə Nazirliyi 7 minə yaxın insana yardım göstərmək üçün 43 təxliyə mərkəzi açıb. Yağışların kəsilməsi ilə çaylarda suyun səviyyəsi azalmağa başlasa da, Pattani əyalətində əhalinin həyatı üçün təhlükə qalmaqdadır.
Sonqkhla və Satun əyalətlərindən olanlar da daxil olmaqla, ümumilikdə Taylandın cənubunun 260 mindən çox sakini daşqının nəticələri ilə üzləşib.
Daşqınlardan zərər çəkmiş əyalətlər Tailandın məşhur turist marşrutlarından uzaqda yerləşir. Xəsarət alan turistlər barədə məlumat verilməyib. Narathivat və Yala əhalisi də daşqınların nəticələri ilə üzləşən Malayziya ilə həmsərhəddir.