Bakı. 15 yanvar. REPORT.AZ/ Tailandın cənubunda daşqınlar 41 nəfərin həyatına son qoyub.
"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi Fövqəladə Halların Ləğvi Departamenti xəbər verib.
Məlumatda bildirilir ki, yanvarın 12-dən yağan yağışlar nəticəsində ölkənin cənubunda 12 vilayət su altında qalıb. Həmin ərazilərdə 1,6 milyon insan yaşayır.
Fövqəladə Halların Ləğvi Departamentinin rəhbəri Çatçaya Promlertin sözlərinə görə, su altında qalmış 12 vilayətdən 6-da vəziyyət nisbətən yaxşılaşıb. Belə ki, su tədricən çəkilməkdədir.
Sinoptiklər mussonların regiona yeni yağıntılar gətirəcəyini bildirirlər.