Tailandda daşqınlar 7 nəfərin ölümünə səbəb olub

Tailandda daşqınlar 7 nəfərin ölümünə səbəb olub Taylandın cənubunda leysan yağışların səbəb olduğu son 50 ilin ən böyük daşqınları nəticəsində 7 nəfər ölüb, bir nəfər itkin düşüb.
Digər ölkələr
29 Dekabr , 2023 11:32
Tailandda daşqınlar 7 nəfərin ölümünə səbəb olub

Tailandın cənubunda leysan yağışların səbəb olduğu son 50 ilin ən böyük daşqınları nəticəsində 7 nəfər ölüb, bir nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Thai PBS” kanalı məlumat yayıb.

Qeyd edilib ki, Narathivat, Yala, Sonqkhla, Pattani və Satun əyalətlərində baş verən fəlakət 260 mindən çox insana təsir edib.

Məlumata görə, çaylarda suyun səviyyəsi azalmağa başlasa da, bölgədə bir çox yollar avtomobillər üçün keçilməz olaraq qalır.

İngilis versiyası Floods in Thailand kill 7

Son xəbərlər

Orphus sistemi