Tailand hökuməti iyulun 12-dən 26-dək bir sıra bölgələrdə lokdaun tətbiq edəcək.
“Report” “Garda”ya istinadən xəbər verir ki, ayın 9-dan "tünd qırmızı zona"ya aid edilən paytaxt Banqkok və daha 9 əyalətin sakinləri göstərilən tarixlərdə saat 21-dən 4-dək evdə qalmalıdırlar. Saat 20-dək yalnız supermarketlər, ərzaq və digər zəruri məhsullar satılan obyektlər işləyəcək. İctimai yerlərdə 5 nəfərdən artıq şəxsin toplanması da qadağandır. İctimai yerlərdə maska taxmaq məcburi olacaq.
Ölkənin digər bölgələrində daha yüngül məhdudiyyətlər tətbiq olunacaq. Ölkə boyu fövqəladə vəziyyət iyulun 31-dək qüvvədədir.
Xarici İşlər Nazirliyi mətbuat katibinin müavini Natapanu Nopakun onlayn brifinqdə bildirib ki, sözügedən qərar koronavirusa yoluxmaların artaraq gündəlik 10 min həddinə çatması ilə əlaqədar verilib.