Tailand kralının vəziyyəti pisləşib

Tailand kralının vəziyyəti pisləşib Kral Rama böyrəklərin süni havalandırılması aparatına qoşulub
Digər ölkələr
10 Oktyabr , 2016 08:55
Tailand kralının vəziyyəti pisləşib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Tailand kralı IX Ramanın (Pxumipon Adulyadet) səhhəti pisləşib.

"Report" xəbər verir ki, bu barədə "Bangkok Post" nəşri yazıb.

Məlumata görə, ötən gün aparılan hemodializ prosedurundan sonra o, qeyri-stabil vəziyyətdədir.

Həkimlərin məlumatına görə, qanı təmizləndikdən sonra 88 yaşlı monarxın təzyiqi kəskin aşağı düşüb. Krala lazımi dərman preparatları verilib və o, böyrəklərin süni havalandırılması aparatına qoşulub.

Son xəbərlər

Orphus sistemi