Yuxarı

​Tacikistanda müdafiə naziri müavininin dörd silahdaşı öldürülüb

Hazırda respublika ərazisində xüsusi əməliyyat aparılır

Bakı. 11 sentyabr. REPORT.AZ/ Tacikistanda müdafiə nazirinin sabiq müavini Əbdülhəlim Nazarzodanın dəstəsindən olan dörd silahlı zərərsizləşdirilib.

"Report" xəbər verir ki, hazırda respublika ərazisində xüsusi əməliyyat aparılır.

Hüquq mühafizəçilərinin sözlərinə görə, sutka ərzində 17 silahlı həbs edilib, onlardan üçü özü təslim olub. Daha dörd nəfər silahlı toqquşma zamanı öldürülüb.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, çoxlu sayda silah və güllə götürülüb. Silahlar arasında pulemyot da olub.

Xüsusi əməliyyat artıq bir həftədir davam edir. Bu müddət ərzində təqribən 100 silahlı saxlanılıb.

Xatırladaq ki, Tacikistanda general Nazarzodanın daha 7 tərəfdarı saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi