Yuxarı

​Tacikistanda zəlzələ baş verib

Zəlzələ ocağı 113 kilometr dərinlikdə yerləşib

Bakı. 25 aprel. REPORT.AZ/ Tacikistanda 5 bal gücündə zəlzələ baş verib. "Report"un məlumatına görə, zəlzələ Əfqanıstanla sərhədə yaxın, Tacikistanın cənubundakı Dağlıq Badaxşanda olub.

ABŞ-ın Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, zəlzələ ocağı 113 kilometr dərinlikdə yerləşib.

Təkanlar İşkaşim kəndindən 26 kilometr şimal-qərbdə, yerli vaxtla saat 00:43-də qeydə alınıb.

Dağıntlar və tələfat haqqında məlumat yoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi