Tacikistanda güclü zəlzələ olub

Tacikistanda güclü zəlzələ olub Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib
Digər ölkələr
14 Yanvar , 2016 08:11
Tacikistanda güclü zəlzələ olub

Bakı. 14 yanvar. REPORT.AZ/ Tacikistanda 5,2 bal gücündə zəlzələ baş verib. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Düşənbə şəhərindən 377 km şərqdə yerləşib, Sarez gölündən 70 km məsafədə yerləşib.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

Qeyd edək ki, Sarez gölü 1911-ci ildə zəlzələ nəticəsində yaranmışdı.

Son xəbərlər

Orphus sistemi