Süveyşdən keçən bərədən avtomobil suya düşüb, 1 nəfər ölüb, 3-ü yaralanıb

Süveyşdən keçən bərədən avtomobil suya düşüb, 1 nəfər ölüb, 3-ü yaralanıb 3 nəfər yaralanıb
Digər ölkələr
1 Aprel , 2021 15:38
Süveyşdən keçən bərədən avtomobil suya düşüb, 1 nəfər ölüb, 3-ü yaralanıb

Misirdə Süveyş kanalından keçən bərədən avtomobilin suya düşməsi nəticəsində bir ailədən 1 uşaq ölüb, 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “A Haber” yayıb.

Bildirilib ki, Süveyş kanalı vasitəsi ilə Fuad limanından Sədi limanı istiqamətində hərəkət edən bərədəki avtomobillərdən biri suya düşüb. Maşında ailə olub. Hadisə nəticəsində 9 yaşlı uşaq ölüb. Onun atası, anası və qardaşını uzun sürən xilasetmə əməliyyatından sonra yaralı halda xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi