Suriyanın Palmira şəhərinə hücumun qarşısı alınıb, 300 terrorçu məhv edilib

Suriyanın Palmira şəhərinə hücumun qarşısı alınıb, 300 terrorçu məhv edilib Rusiya Hərbi-Kosmik Qüvvələri terrorçuların mövqelərinə 64 zərbə endirib
Digər ölkələr
11 Dekabr , 2016 15:35
Suriyanın Palmira şəhərinə hücumun qarşısı alınıb, 300 terrorçu məhv edilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Suriya ordusu Rusiya Hərbi-Kosmik Qüvvələrinin fəal dəstəyi ilə gecə ərzində terrorçuların Palmira şəhərinə bütün hücumlarının qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, Rusiya hərbi təyyarələri gecə boyu yaraqlıların mövqelərinə, karvanlarına və anbarlarına 64 hava zərbəsi endirib. Nəticədə 11 tank və piyadaların döyüş maşını, iriçaplı pulemyotla təchiz edilmiş 31 avtomobil və 300-dən çox terrorçu məhv edilib.

Son xəbərlər

Orphus sistemi