Suriyanın İdlib vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var

Suriyanın İdlib vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var Suriya prezidenti Bəşşar Əsədə bağlı hərbi qüvvələr İdlib vilayətinin yaşayış məntəqələrinə hava və atilleriya zərbələri endirib.
Digər ölkələr
5 Yanvar , 2020 22:13
Suriyanın İdlib vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var

Suriya prezidenti Bəşşar Əsədə bağlı hərbi qüvvələr İdlib vilayətinin yaşayış məntəqələrinə hava və atilleriya zərbələri endirib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Əsədin ordusu və iranyönlü silahlı dəstələr Maarat ən-Numan, Serakib və Erih şəhərlərini atəşə tutublar. Hava və artilleriya atəşlərinə həmçinin Marşimarin, Masaran, Deyr SunbulBerne yaşayış məntəqələri məruz qalıb.

Xəbərdə bildirilir ki, zərbələr nəticəsində 10 dinc sakin həlak olub, 20-dən çox mülki şəxs yaralanıb.

İlkin məlumata görə, Erih şəhərində 7, Serakibdə 1, Bernedə 2 dinc sakin öldürülüb. Zərbələr nəticəsində həmçinin onlarla dinc sakin xəsarət alıb.

Hazırda atəşə məruz qalmış yaşayış məntəqələrinin dağıntılardan təmizlənməsi davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur.

Əhali yaşayış məntəqələrini tərk edərək Türkiyə ilə sərhəddəki nisbətən təhlükəsiz ərazilərə köçür. 

Son xəbərlər

Orphus sistemi