​Suriyanın Hələb şəhərində 202 dinc sakin öldürülüb

​Suriyanın Hələb şəhərində 202 dinc sakin öldürülüb Hələbin müxalifətin nəzarəti altında olan hissəsindəki yeganə uşaq həkimi də açılan atəş nəticəsində həyatını itirib
Digər ölkələr
29 Aprel , 2016 12:14
​Suriyanın Hələb şəhərində 202 dinc sakin öldürülüb

Bakı. 29 aprel. REPORT.AZ/ Son bir həftə ərzində Suriyanın Hələb şəhərinin bombalanması nəticəsində 202 dinc sakin həlak olub. 

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.

Məlumata görə, Bəşşar Əsədə tabe olan silahlı qüvvələrin havadan endirdiyi zərbələr və artilleriya atəşi nəticəsində 21-i uşaq olmaqla 131 dinc sakin öldürülüb.

Bu müddət ərzində müxalifətin açdığı atəş nəticəsində 13-ü uşaq olmaqla 71 dinc sakin həlak olub. 

Xəbərə əsasən, Hələbin müxalifətin nəzarəti altında olan hissəsindəki yeganə uşaq həkimi də açılan atəş nəticəsində həyatını itirib.

İnformasiyada bildirilib ki, B.Əsəd rejiminə aid silahlılar əsasən, mülki əhalinin yaşadığı əraziləri bombalayır.

Son xəbərlər

Orphus sistemi