Bakı. 11 aprel. REPORT.AZ/ Suriyanın müxalif qüvvələri Hələb şəhərinin yaşayış məhəllələrini raket atəşinə tutublar.
“Report” xəbər verir ki, atəş nəticəsində ən azı 8 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Atəşə, əsasən hökumət qoşunlarının nəzarəti altında olan Süleymaniyyə məhəlləsi məruz qalıb. Şəhərdə ciddi dağıntıların olduğu, onlarla insanın dağıntılar altında qaldığı xəbər verilir.